3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Volqoqraddan Azərbaycana 4,5 min ton taxıl idxal edilib

İlin əvvəlindən başlayaraq Rusiya Federasiyasının Volqoqrad vilayətindən Azərbaycana 4,5 min ton taxıl və onun emalı məhsulları ixrac edilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, Azərbaycan taxıl və onun emalı məhsullarının əsas istehlakçısı olub ki, bu da ümumi tədarükün 30,6 faizini təşkil edir.

İlin əvvəlindən Volqoqrad vilayətinin ərazisindən ixrac üçün nəzərdə tutulan 15,5 min ton bitki mənşəli karantin məhsullarına nəzarət tədbirləri keçirilib. İxrac məhsulunun 94,8 faizi taxıl və onun emalı məhsullarının payına düşüb ki, bu da ümumilikdə 14,7 min ton təşkil edir. Məhsullar dünyanın 18 ölkəsinə tədarük edilib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması