14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qanunsuz mərc oyunlarını reklam edən bazar subyektləri barəsində tədbirlər görüləcək

Bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu cür reklamlarda həmin qanunsuz oyun və lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikri aşılanır, həmçinin qazanc əldə edilməsinə zəmanət verilməsinə dair fikirlər də yer alır ki, bu da müvafiq qanunvericiliyin tələblərinə ziddir.

İdman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Qanunla tənzimlənir. Qanuna əsasən, mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir.

Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilib. Dayandırılan, ləğv edilən və ya keçirilməsi qadağan edilən idman mərc oyunlarının reklamına yol verilmir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür reklamların yerləşdirilməsi ilə əlaqədar araşdırmalara başlayıb. Araşdırmaların nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş bazar subyektləri barəsində tədbirlər görüləcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?