9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvarda hibrid və elektrik avtomobillərin idxalı artıb

Bu ilin yanvar ayında Azərbaycana 21 059,88 min ABŞ dolları dəyərində 933 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 10 788,92 min dollar və ya 2 dəfə çox, say baxımından isə 204 ədəd və ya 17,9 faiz azdır.

Ötən ilin dekabr ayına nisbətdə isə cari ilin ilk ayında hibrid avtomobillərin idxal dəyəri 1,5 faiz, həcmi isə 9,2 faiz artıb.

Bununla yanaşı, bu ilin yanvar ayında dəyəri 4 937,88 min dollar təşkil edən 119 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2022-ci ilin eyni ayının göstəricilərindən müvafiq olaraq 9,8 dəfə və 9,1 dəfə çoxdur.

2022-ci ilin dekabr ayına nisbətdə isə bu ilin yanvarında elektromobillərin idxal dəyəri 48 faiz, həcmi isə 54,5 faiz artıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?