4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvarda əsas kapitala ötən illə müqayisədə 61 faizdən çox vəsait yönəldilib

Bu ilin yanvar ayında əsas kapitala 1091,7 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib.

vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.

İstifadə olunan vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, büdcə vəsaitləri 47,7 faiz, əhalinin şəxsi vəsaitləri 6 faiz, bank kreditləri 2,9 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması