8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” QSC “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb

“AzerGold” QSC “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.

Qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə baş tutub.

Qeyd edək ki, “Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb. Hazırda istismar müddəti 3 il nəzərdə tutulan qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında, Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir və artıq bir sıra minerallaşma zonaları aşkar edilib. Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır. Ümumilikdə, mədənin istismara verilməsi bölgədə yeni iş yerlərinin yaradılması ilə məşğulluğun artırılması və beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafına, Daşkəsən və Göygöl rayonlarının əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına müsbət təsirlərini göstərəcəkdir.

Xatırladaq ki, “Tülallar” hasilat sahələrinin genişləndirilməsi, respublikanın malik olduğu zəngin mineral-xammal potensialının dayanıqlı inkişafa çevrilməsi, ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsini qarşıya məqsəd qoyan “AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır. Səhmdar Cəmiyyətin Daşkəsən rayonunda mövcud olan maddi-texniki bazasından mərkəzləşdirilmiş qaydada istifadə edilməsi, yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi üçün daha öncə istismara verilən “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” qızıl yataqları ilə yanaşı, “Tülallar” qızıl yatağının resurslarının istehsalı prosesi də Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES), inşası cari il ərzində yekunlaşdırılacaq CIL (Carbon in Leach) zavodunda çən aşındırma metodu ilə həyata keçiriləcəkdir. Sözügedən yatağın ÇİRES-in əsas komponenti olduğunu nəzərə alaraq, görülən işlər ümumilikdə regional emal sahəsinin istismar dövrünün də artırılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisinin davamlılığının təmin olunmasına əlavə töhfə verəcəkdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?