7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Adolfo Urso: "Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir"

"Azərbaycan ilə İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq".

Bu fikirləri İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

İki ölkə arasında yaradılmış siyasi anlaşma və dostluğu, eləcə də geniş əhatəli əməkdaşlığın davamlı gücləndirilməsini yüksək dəyərləndirən Adolfo Urso deyib: “Həmçinin biz energetika sahəsində çalışırıq. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcəyik. Biz, həmçinin iqtisadiyyat sahəsində çalışırıq. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Cənab Prezident (Prezident İlham Əliyev-red.) burada bizim həyata keçirəcəyimiz layihənin vacibliyini qeyd etdi. Söhbət burada, həmçinin TAP boru kəmərinin buraxılış qabiliyyətinin iki dəfə artırılmasından gedir. Beləliklə, İtaliyaya daha çox təbii qaz daxil olacaqdır”.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?