9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı artır

Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı artır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək dəyəri 44 milyon manata yaxın məhsul istehsal edilib.

Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ildə Sənaye Məhəlləsində 4,77 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ildə 8 dəfədən çox (dəyəri 38 milyon manatdan artıq) məhsul istehsal olunub. İstehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.

100 nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 51 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 7-si artıq fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, müxtəlif növ və ölçüdə polad şurupların, taxta məhsulların, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?