13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunda yeni maliyyə mexanizmlərinin formalaşdırılması müzakirə mövzusudur

"Fəaliyyətimizin daha effektli əlaqələndirilməsini təmin etmək üçün ilk dəfə olaraq, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası beynəlxalq ekspertlərin iştirakı ilə birgə fəaliyyət sənədi hazırlayıb".

vergiler.az” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hazırda qarşıda duran əsas vəzifə bu sənəddə nəzərdə tutulmuş tədbirlərin davamlı və qarşılıqlı əlaqədə həyata keçirilməsini təmin etməkdir.

Z.Nuriyev qeyd edib ki, ABA tərəfindən İqtisadiyyat Nazirliyinə, o cümlədən Dövlət Vergi Xidmətinə (DVX) Vergi Məcəlləsi, “Bank hesablarının açılması, aparılması və bağlanması qaydası” və digər qanun, qaydalara əlavə və dəyişikliklərlə bağlı 20-dən çox müraciət göndərilib: “ABA tərəfindən qaldırılan bu məsələlərə Dövlət Vergi Xidmətinin rəhbər nümayəndələri hər zaman xüsusi diqqət göstəriblər və bu məsələlər onların birbaşa iştirakı ilə banklarla effektiv müzakirə edilib. DVX hər zaman konstruktiv dialoqa üstünlük verərək bank-maliyyə sektorunun inkişafı, real sektorun maliyyələşdirilməsi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi istiqamətindəki ümumi səylərimizə dəstək olub”.

Z.Nuriyev qeyd edib ki, yeni maliyyə mexanizmlərinin formalaşdırılması, mərkəzi məlumat bazalarının yaradılması, bankların ora çıxışının təmin edilməsi, o cümlədən biznes subyektlərinin rəqəmsal kanallardan istifadəsinin artırılması və bu istiqamətdə məhdudiyyətlərin aradan qaldırılması qarşıdakı müzakirə mövzuları sırasındadır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?