25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Peter Siyarto: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb"

Peter Siyarto: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb"

Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb.

Bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışı zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. O bildirib ki, Cənubi Qafqazda hasil edilən təbii qazın həcminin artırılması qısa və ortamüddətli perspektivdə şaxələndirilmə üçün ən əlverişli seçimdir.

“Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər. Lakin bunun üçün Avropa İttifaqının da dəstəyi ilə infrastrukturun inkişafı tələb olunur. Avropa dövlətləri bu istiqamətdə işləri davam etdirir. Biz macarlar Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik”,- deyə nazir qeyd edib.

AZƏRTAC

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması