17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta şəhadətnamələrinin onlayn alınması üçün daha bir xidmət yaradılıb

Vətəndaşların sığorta şəhadətnamalərini rahat əldə etməsi üçün İcbari Sığorta Bürosu (İSB) yeni xidmət istifadəyə verib. Bürodan “vergiler.az”a verilən məlumata görə, vətəndaşlar İSB-nin rəsmi veb səhifəsinə (https://isb.az/) daxil olmaqla bu xidməti ala biləcəklər. Həmin səhifədən seçilən sığorta şirkətinin loqosunun üzərində yerləşdirilmiş “Online al” düyməsinə basmaqla sığorta şəhadətnaməsini əldə etmək mümkün olacaq.

Bununla da şirkətlərin rəsmi veb səhifələrində əlaqədar bölmənin axtarılmasına ehtiyac olmadan rahatlıqla sığorta təminatının onlayn rejimdə əldə edilməsinə imkan yaradılıb Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.

Xatırladırıq ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət edən Mərkəzi Banka yazılı şəkildə müraciət etməklə və ya 966 qaynar xətt telefon nömrəsinə zəng vurmaqla öz şikayətlərini bildirə bilərlər.

Vətəndaşlar şirkətlərin elektron sistemləri ilə əlaqədar rastlaşdıqları texniki problemləri 7/24 İcbari Sığorta Bürosunun [email protected] email ünvanına və ya 012 595 -00 -20 nömrəli çağrı mərkəzinə zəng vuraraq bildirə bilərlər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri