16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kredit məbləğinin 90 faizədək hissəsi zəmanətlə təmin oluna bilər

Kredit məbləğinin 90 faizədək  hissəsi zəmanətlə təmin oluna bilər

İşğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektlərinə dövlət zəmanəti və faizlərin subsidiyalaşdırılması qaydaları təsdiqlənib.

“vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev qurumun ötən ilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, qaydaya əsasən, 500 milyon manat kommersiya krediti üzrə 450 milyon manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulur.

"Təqdim ediləcək dövlət zəmanəti üzrə maksimum hesablanmış subsidiya məbləği 150 milyon manatadək olacaq. Faizlər üzrə subsidiyaların ödənişi maksimum 3 il muddətini əhatə edəcək",- deyə O.Xaliyev qeyd edib.

O əlavə edib ki, hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 5 milyon manatadək olacaq və həmin kreditin 90 faizədək hissəsi zəmanətlə təmin oluna bilər.

"Həmin kreditin maksimum müddəti 7 ilədək ola bilər. Faiz olaraq kommersiya bankının təqdim etdiyi faiz maksimum 15 faiz nəzərdə tutulur. Bu 15 faizədək olan kreditin 10 faiz bəndinin dövlət tərəfindən 3 il ərzində subsidiyalaşdırılması nəzərdə tutulur",- deyə O.Xaliyev bildirib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?