14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neft Fondunun aktivlərində 9 faizədək artım var

2022-ci il dekabrın 31-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8,9 faiz artaraq 49 033,6 milyon dollar təşkil edib.

vergiler.az” Fondun hesabatına istinadən xəbər verir ki, ötən il ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon dollar, büdcə xərcləri isə 4 699,0 milyon dollar təşkil edib.

Hesabat dövründə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil edib.

2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

İl ərzində Fondun idarə edilməsi ilə bağlı xərclər 27,9 milyon manat təşkil edib.

Aktivlərin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461,3 milyon dollar azalma müşahidə olunub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon dollar təşkil edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?