3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pul siyasətinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək.

vergiler.az” Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, növbəti ildə də pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək. Pul siyasətinin məqsədi növbəti ildə də qiymət sabitliyinin təmin olunması olacaq. İnflyasiya hədəfi üzrə kəmiyyət parametrləri dəyişməz saxlanılır. Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənən proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaq.

İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək. Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.

Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcək və bu proses gözlənildiyindən daha uzun çəkə bilər. Pul siyasəti yürüdülərkən inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaq.

Növbəti ildə də faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənən makroiqtisadi proqnozlar, xarici və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək. Əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən ictimaiyyətə açıqlanan qrafikə uyğun müzakirəsi nəzərdə tutulur. Faiz dəhlizi banklararası qısamüddətli pul bazarında vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinin alternativ dəyəri kimi istifadə ediləcək.

Pul siyasətinin inflyasiyaya zaman intervalı ilə təsirini nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinə dair qərarları proqnoz inflyasiyanın hədəfdən ortamüddətli kənarlaşma səviyyəsindən asılı olaraq qəbul edəcək. Bu zaman faiz, kredit və gözlənti kimi transmissiya kanallarının təsir gücü nəzərə alınacaq.

Pul siyasətinin əməliyyat hədəfi olaraq pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşması üçün 2023-ci ildə Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat istifadə edəcək. Likvidliyin idarə edilməsində məcburi ehtiyatlardan, daimi imkan alətlərindən və açıq bazar əməliyyatlarından istifadə ediləcək. Alətlərin kəmiyyət parametrlərinə və müddətinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcək. Pul siyasətinin təkmilləşdirilməsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq “İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması” çərçivəsində həyata keçiriləcək. Ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaq. Yeni rejimə keçidin baza şərtlərinin formalaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən pul siyasəti alətlərinin və pul bazarının infrastrukturunun təkmilləşdirilməsi davam etdiriləcək. Mərkəzi Bankın faiz dəhlizinin effektivliyinin artırılması, o cümlədən banklararası pul bazarında qısamüddətli faizlərin dəhlizin aşağı həddinə yaxın idarə olunması imkanlarına baxılacaq. Mərkəzi Bankda təhlil və proqnozların hazırlanması üçün modellərin modernləşdirilməsi, proqnoz göstəricilərinin çeşidinin genişləndirilməsi xüsusi diqqətdə saxlanılacaq. Pul siyasətinin kommunikasiyasının əhatə dairəsinin genişləndirilməsini və aydın olmasını təmin etmək üçün daim işlər aparılacaq. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank bank ictimaiyyəti, maliyyə bazarlarının peşəkar iştirakçıları və müstəqil ekspertlər ilə aktiv dialoqu davam etdirəcək. Yeni bank qanunvericiliyinin qəbul edilməsi Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcək. İnflyasiyanın hədəflənməsi rejiminə keçid istiqamətində görülən işlər tədricən inflyasiya proseslərinin faiz dərəcələri vasitəsilə idarə edilməsinə imkan yaradacaq.

İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq. İnflyasiyaya qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə, fiskal və monetar siyasət arasında koordinasiyanın gücləndirilməsi təşəbbüsləri davam etdiriləcək. Qəbul edilən strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ