1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab edilməsi barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı əvvəlki təqvim ilində neft-qaz sahəsinə aid olan vergi ödəyicisi növbəti ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərmədiyi halda:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, həmin subpodratçıların neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri hesab olunması şərti mövcud subpodratçılara (Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış və qüvvədə olan subpodrat müqaviləsinə əsasən subpodratçı kimi çıxış edən şəxslərə) münasibətdə tətbiq edilir. Növbəti ildə müqavilə üzrə fəaliyyət göstərilmədiyi, yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mallar (işlər, xidmətlər) təqdim edilmədiyi halda, həmin şəxslər neft-qaz sektoruna aid edilmirlər.

Misal: "A" MMC-nin 2018-ci il üzrə gəlirlərinin 50 faizindən çoxu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməsindən formalaşmışdır. "A" MMC-nin 2019-cu ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış müqaviləsinin müddəti bitmişdir və digər şəxslərə xidmət göstərir. Bu halda "A" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablanır.

"A" MMC 2019-cu ildən yeni müqavilələr üzrə Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməyə başladığı halda, yeni yaradılan subpodratçılar üçün müəyyən olunmuş meyar üzrə neft-qaz sektoruna aid edilə bilər.

Yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq).

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?