25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli və xarici sərmayələr regionlara yönəldilir

Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanmış 10 müqavilə çərçivəsində milyonlarla dollarlıq investisiyanın əhəmiyyətli hissəsi məhz regionlara yönəldiləcək. Müqaviləyə əsasən, Azərbaycanın bir neçə regionunda, o cümlədən Kürdəmir rayonunda və Sumqayıt şəhərində yeni müəssisələr tikiləcək.

İqtisadçı ekspert Vüqar Bayramov yeni hazırlanan iqtisadi inkişaf strategiyasının əsas hədəfləri barədə danışarkən sənayeləşmənin regionlara transfer edilməsini vurğulayıb. Onun sözlərinə görə, yaxın illərdə bir neçə regionda sənaye müəssisələrinin yaradılması, xüsusilə bölgələrdə işsizliyin aradan qaldırılması və bütövlükdə iqtisadi layihələrin məşğulluğa təsir imkanlarının artırılması proqnozlaşdırılıb: "Çünki regionlarda işsizlik səviyyəsi daha yüksəkdir və nəzərdə tutulur ki, regionlarda yeni müəssisələrin yaradılması ilə işçi qüvvəsinin bölgələrdən Bakıya axınının qarşısı alınsın".

Ekspert bildirib ki, ölkə Prezidentinin xarici səfərlərində imzalanmış müqavilələrdə də regionlarda yeni istehsal müəssisələrinin tikintisi, iş yerlərinin yaradılması prioritet kimi qalır. Bu isə dövlətin iqtisadi gücünün artırılması üçün çox vacibdir: "Yeni müəssisələrin yaradılması, məşğulluğun dəstəklənməsi, əlavə iş yerləri həm dövlətin gəlirlərini artırır, həm də vətəndaşların sosial təminatını gücləndirir. Sənayeləşmənin regionlara doğru genişlənməsi nəticə etibarilə daha çox yeni iş yerlərinin yaradılması və məşğulluğun daha yaxşı təmin olunmasına imkan verəcək ki, bu da regionlarda işsizliyin aradan qaldırılması baxımından çox vacibdir".

Elxan SALAHOV

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?