9 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aşağı əməkhaqqı verən sahibkarlar cərimələnəcək

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, martın 1-dən ölkəmizdə əməkhaqqının minimum məbləği 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Bu sahədə vəziyyətə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə nəzarət olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildiriblər ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin sistemdə əhatə olunub. Yəni elektron sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilən bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. 2019-cu il martın1-dək 180 manatdan aşağı məbləğdə əməkhaqqı müəyyən etmiş işəgötürənlər martın 1-dən bu məbləğin 180 manata çatdırılması barədə əvvəlcədən məlumatlandırılıb.

Elektron sistemdə minimum əməkhaqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?