8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Peşəkar sürücülər TRACECA dəhlizinə daxil olan ölkələrə vizasız səfər edə biləcəklər

Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRACECA) iştirakçı ölkələrinin hökumətləri arasında peşəkar sürücülər üçün vizasız gediş-gəliş haqqında saziş imzalana bilər.

“vergiler.az” xəbər verir ki, sənəd normativ aktların layihələrinin dövlət və yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilənədək müzakirəsi məqsədilə yaradılan “Açıq normativ hüquqi akt” portalında dərc olunub.

Sənədə əsasən, peşəkar sürücülər müqavilədə iştirak edən ölkələrin ərazilərindən daxil olmaq, 15 gün müddətinə qısamüddətli qalmaq və ya tranzit keçmək hüququ əldə edəcəklər. Lakin səfər peşəkar fəaliyyətlə bağlı olmasa, sürücülərin ölkədə qalmalarına icazə verilməyəcək.

Qeyd olunur ki, sürücü müqavilədə iştirak edən ölkələrdən birinin vətəndaşı olmalı və ya onun ərazisində daimi yaşamalıdır, onun nəqliyyat vasitəsi isə bu ölkələrin birində qeydiyyatda olmalıdır. Sərhədi keçərkən sürücü peşə fəaliyyətini təsdiq edən sənəd təqdim edəcək. Fors-major hallar baş verərsə, sürücü qalma müddətini uzada biləcək.

Müqavilənin Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, İran və Ermənistan tərəfindən imzalanması planlaşdırılır.

Bu, yol kommunikasiyasının inkişafına töhfə verəcək və peşəkar sürücülər üçün viza prosedurlarını sadələşdirəcək.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?