Birjalarda neft qiymətləri
Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,37 dollar azalaraq 81,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,23 dollar ucuzlaşaraq 74,05 dollar olub.