18 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya və Azərbaycan sahibkarlarının onlayn görüşü baş tutub

Bu gün Bakıda Rusiya şirkətlərinin Azərbaycana təşkil olunan biznes missiyası çərçivəsində Rusiya və Azərbaycan şirkətlərinin onlayn görüşü baş tutub. “vergiler.az” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbirdə Rusiyanın ağac məmulatları tədarükçüsü olan 11 şirkətinin rəhbərləri, eləcə də Rusiya ağac emalı məhsullarını almaqda maraqlı olan Azərbaycanın tikinti sənayesinin ən iri şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, bu tədbir əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcək və Rusiyadan Azərbaycana məhsulların tədarükü üçün gələcəkdə ixrac müqavilələri bağlamağa imkan yaradacaq.

Görüşdə rusiyalı sahibkarlar öz məhsullarının ixrac imkanlarının təqdimatını keçirib, azərbaycanlı tərəfdaşlarının ehtiyaclarını müzakirə edib və kommersiya təkliflərinin göndərilməsi barədə razılığa gəliblər.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?