29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan Azərbaycan üzərindən neft nəql edəcək operatoru seçir

Qazaxıstan Azərbaycan ərazisindən neft nəql edəcək operatorun seçilməsi üzərində işləyir.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə “KazMunayQaz”ın İdarə Heyəti sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev məlumat verib.

Onun sözlərinə görə, hazırda danışıqlar uğurla davam etdirilir. Eyni zamanda, “KazMunayQaz” və SOCAR arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair beş il müddətinə müqavilə imzalanıb.

"İndi biz gələn ildən Qazaxıstanın hansı neft şirkətlərinin bu həcmləri daşıyacağı üzərində işləyirik. Gələcəkdə həcmlərin artacağını gözləyirik. Çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır", - D. Karabayev qeyd edib.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?