17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müzakirələr aparılıb

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen ilə görüşüb.

Görüşdə ölkəmizin AYİB-lə uğurlu tərəfdaşlığı qeyd edilib. Nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat”, enerji, xüsusilə bərpa olunan enerji layihələri üzrə əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb.

AYİB-in Qafqaz üzrə regional direktoru xanım Hansen Bankın Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini ifadə edib.

Tədbirdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?