15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Qazaxıstan türk dövlətləri ilə birlikdə sadələşdirilmiş gömrük dəhlizi yaratmağı planlaşdırır.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Qazaxıstan hökuməti ilə türk dövlətlərinin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin imzalanması haqqında” hökumət qərarının layihəsi Dövlət Gəlirləri Komitəsi tərəfindən hazırlanıb.

Sadələşdirilmiş gömrük dəhlizi ticarətdə daşınan mallar haqqında əvvəlcədən məlumat mübadiləsinə yönələn, könüllü istifadəyə açıq olan və bütün nəqliyyat növlərinin istifadə edə biləcəyi elektron sistemdir.

Sənəd gömrük nəzarəti prosedurlarının sadələşdirilməsinə, nəzarət müddətinin azaldılmasına, təhlükəsizliyin, mallar və nəqliyyat vasitələri ilə bağlı məlumat mübadiləsinin təmin edilməsinə, eləcə də xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasına töhfə verəcək.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?