Qazaxıstan türk dövlətləri ilə birlikdə sadələşdirilmiş gömrük dəhlizi yaratmağı planlaşdırır.
“vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Qazaxıstan hökuməti ilə türk dövlətlərinin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin imzalanması haqqında” hökumət qərarının layihəsi Dövlət Gəlirləri Komitəsi tərəfindən hazırlanıb.
Sadələşdirilmiş gömrük dəhlizi ticarətdə daşınan mallar haqqında əvvəlcədən məlumat mübadiləsinə yönələn, könüllü istifadəyə açıq olan və bütün nəqliyyat növlərinin istifadə edə biləcəyi elektron sistemdir.
Sənəd gömrük nəzarəti prosedurlarının sadələşdirilməsinə, nəzarət müddətinin azaldılmasına, təhlükəsizliyin, mallar və nəqliyyat vasitələri ilə bağlı məlumat mübadiləsinin təmin edilməsinə, eləcə də xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasına töhfə verəcək.