16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kirov vilayəti müəssisələri Azərbaycana ixracı genişləndirəcək

Rusiyanın Kirov vilayətinin müəssisələri Azərbaycana ixracı genişləndirə biləcəklər.

vergiler.az” Rusiyanın Kirov vilayətinin yerli mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəliyi ilə sənayeçilərin görüşü çərçivəsində müzakirələr aparılıb.

Görüşdə Kirov vilayəti müəssisələrinin, İxraca Dəstək Mərkəzinin və Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı nümayəndəliyinin Kirov şöbəsinin nümayəndələri iştirak ediblər.

Regional Sənaye və Ticarət Nazirliyindən qeyd edilib ki, Kirov sənayeçiləri Azərbaycanı ağac və ağac məmulatları, gübrələr, mebel, qənnadı məmulatları, həmçinin rezin və alüminium məhsulları ilə təmin edə bilərlər. Görüş zamanı iştirakçılara Azərbaycan bazarına daxil olmağın xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?