14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz olub

2022-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.397.137 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxs, 12,5 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,1 faiz (ümumi artımın 82,5 faizi), hüquqi şəxslərin sayı 9,4 faiz (ümumi artımın 17,5 faizi) artıb.

2022-ci ilin 10 ayı ərzində 12.975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,9 faizi elektron qaydada, 28,1 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2.441-nin (ümumi qeydiyyatın 18,8 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz təşkil edib.

Yanvar-oktyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi Asan imza ilə imzalanmaqla təqdim olunub.

Yanvar-oktyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,5 faizi yerli investisiyalı, 23,5 faizi xarici investisiyalı qurumlardır.

2022-ci il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin noyabr ayının 1-nə 383 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

2022-ci ilin 10 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5 faiz artıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?