14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TDT-yə üzv ölkələr bir sıra iqtisadi məsələləri müzakirə ediləcəklər

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri müxtəlif sahələrdə müşahidəçi dövlətlərlə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, həmçinin regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi proseslərə dair fikir mübadiləsi aparacaqlar.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, qeyd olunan məsələlərə noyabrın 11-də “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqi yolunda” mövzusunda Səmərqənddə keçiriləcək toplantı çərçivəsində baxılacaq.

Sammit çərçivəsində Təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə olunacağı, bir sıra qərarların qəbul ediləcəyi, iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində layihə və sənədlərə baxılacaq platforma formalaşdırılacaq.

Təşkilatın sədrliyinin Türkiyədən Özbəkistana keçəcəyi sammit proqramı başa çatdıqdan sonra Səmərqənd Bəyannaməsi qəbul ediləcək.

Xatırladaq ki, Təşkilatın üzv dövlətləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandır. Macarıstan və Türkmənistan isə müşahidəçi statusuna malikdir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?