Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri müxtəlif sahələrdə müşahidəçi dövlətlərlə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, həmçinin regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi proseslərə dair fikir mübadiləsi aparacaqlar.
“vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, qeyd olunan məsələlərə noyabrın 11-də “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqi yolunda” mövzusunda Səmərqənddə keçiriləcək toplantı çərçivəsində baxılacaq.
Sammit çərçivəsində Təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə olunacağı, bir sıra qərarların qəbul ediləcəyi, iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində layihə və sənədlərə baxılacaq platforma formalaşdırılacaq.
Təşkilatın sədrliyinin Türkiyədən Özbəkistana keçəcəyi sammit proqramı başa çatdıqdan sonra Səmərqənd Bəyannaməsi qəbul ediləcək.
Xatırladaq ki, Təşkilatın üzv dövlətləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandır. Macarıstan və Türkmənistan isə müşahidəçi statusuna malikdir.