15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın İnkişafı Fonduna reytinq verilib

"S&P Global Ratings" reytinq agentliyi Sahibkarlığın İnkişafı Fondunun (SİF) uzun və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib. Sözügedən agentlik yaxın gələcəkdə SİF-in reytinqinin "stabil" olaraq qalacağını proqnozlaşdırır. Bu nəticə ilə SİF "S&P Global Ratings" -dən ilk dəfədən yüksək reytinq almış qurumlardan biri olub.

Qlobal reytinq agentliyinin yaydığı məlumata görə SİF-in ölkə iqtisadiyyatının inkişafında əvəzolunmaz rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi reytinq agentliyi tərəfindən müsbət qiymətləndirilib. Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub.

Reytinqin alınmasında əsas məqsəd qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, Fondun cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi üçün uyğun zəmin yaratmaqdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fondun başlıca məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələri təşviq etmək, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.

30 illik fəaliyyət dövrü ərzində Fondun güzəştli kredit mexanizmindən 39 220 layihənin maliyyələşdirilməsi məqsədilə 29 310 sahibkarlıq subyekti yararlanıb və bu sahibkarlıq subyektlərinə 2,8 milyard manat həcmində kredit verilib

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?