13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda IT-Academy-nin rəsmi açılışı olacaq

Bakıda IT-Academy-nin rəsmi açılışı olacaq

5 noyabr 2022-ci il tarixində saat 14:00-da “Hilton Baku” hotelində Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə IT-Academy-nin rəsmi açılış mərasimi keçiriləcək.

Tədbirdə Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələri, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru, həmçinin İT-Academy-nin tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təmsilçiləri çıxış edəcəklər.

Tədbirin ikinci hissəsində isə, qabaqcıl İT mütəxəssisləri sahə ilə bağlı bilik və təcrübələrini bölüşəcək, “Sıfırdan karyera: İT sahəsində fəaliyyətə necə başlamaq olar?" və "Azərbaycanda İT-nin inkişaf perspektivləri" mövzularında müzakirələr təşkil ediləcək. Tədbirdə həmçinin, IT-Academy kurslarının təqdimatı olacaq və tədbir iştirakçılarına ətraflı məlumat veriləcəkdir.

Tədbirdə iştirak üçün aşağıdakı link vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək lazımdır:

http://it-academy.az/opening?utm_source=press

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?