13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Con Riçard Hiks

İngiltərə iqtisadçısı Con Hiks 1904-cü ildə Liminqtonda anadan olub, Oksford Universitetində təhsil alıb, Fabian hərəkatının liderlərindən C.Koulun tələbəsi olub. 1926-cı ildən London İqtisadiyyat Məktəbində dərs deyib. 1972-ci ildə K.Errou ilə birlikdə ümumi tarazlıq və rifah iqtisadiyyatı nəzəriyyəsinin inkişafına verdiyi töhfəyə görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Hiksin elmi maraqları kifayət qədər geniş idi, lakin o, müasir iqtisad elminin fundamental problemlərinin - maya dəyəri, tələb və təklif, qiymətlər, əməkhaqqı, kapital və mənfəət, iqtisadi artım, dövri inkişaf, inflyasiya məsələlərinin tədqiqinə daha çox diqqət yetirirdi. Ən məşhur əsərləri arasında “Əməkhaqqı nəzəriyyəsi” (1932); “Dəyər və kapital” (1939); “Ticarət tsikli nəzəriyyəsinə töhfə” (1950); “Dünya iqtisadiyyatına dair oçerklər” (1959); “Pul nəzəriyyəsinə dair tənqidi esselər” (1967); “İqtisadiyyat tarixi nəzəriyyəsi” (1969); “Keynsçi iqtisadi nəzəriyyənin inkişafında böhran” (1975); “İqtisadi perspektivlər. Pul və iqtisadi artımla bağlı yeni esselər (1977); “İqtisadiyyatda səbəb əlaqəsi” (1979) dünya iqtisad elminin mötəbər mənbələrindən hesab olunur. “Dəyər və kapital” kitabı isə nəşr olunduqdan qısa müddət sonra aparıcı Qərb iqtisadçıları tərəfindən klassik əsər kimi qiymətləndirildi.

Hiksin ilk böyük əsəri “Əməkhaqqı nəzəriyyəsi” qeyri-kamil rəqabət şəraitində əmək bazarının fəaliyyətinin və əməkhaqqının müəyyən edilməsi mexanizminin öyrənilməsinə həsr edilmişdir. Burada alim özünün istehsal konflikti nəzəriyyəsini açıqlamışdır. Hiksə görə, əməkhaqqının müəyyən edilməsi nəzəriyyəsi ümumi dəyər nəzəriyyəsinin xüsusi halıdır, əmək bazarında bazar qüvvələrinin sərbəst qarşılıqlı fəaliyyətini pozan əsas amil isə həmkarlar ittifaqlarıdır. Bu nəzəriyyə çərçivəsində Hiks sübut etməyə çalışırdı ki, əməkhaqqı dərəcələri sahibkarların “güzəşt əyrisi” və həmkarlar ittifaqlarının “müqavimət əyrisi”nin kəsişməsi ilə müəyyən edilir. O, əməyin əvəzlənməsinin mümkünlüyü ideyasını irəli sürmüş, kapital və bu cür əvəzlənmənin elastikliyinin, texnoloji tərəqqinin neytrallığının tərifini vermişdi.

Hiksin əsəri istehsal funksiyaları nəzəriyyəsinin və işsizliyin neoklassik nəzəriyyələrinin, xüsusən də işsizliyin təbii dərəcəsi nəzəriyyəsinin sonrakı inkişafına ciddi təsir göstərmişdir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?