19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xəzər və Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsinə əlavə vəsaitlər cəlb olunacaq

Avropa Komissiyası adətən Polşa və Belarusdakı terminallara xərclədiyi bütün büdcəni artıq Xəzər və Avropa dəmir yolu şəbəkələrini birləşdirməyə sərf edəcəyini bəyan edib.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropa və Asiya arasında daşımalarda ixtisaslaşmış Niderlandın “Rail Bridge Cargo” şirkətinin rəhbəri İqor Tambaka deyib.

Onun sözlərinə görə, hazırda diqqət Polşa və Belarusdan Türkiyə, Gürcüstan və Azərbaycana yönəlib.

“Vəziyyət yaxşılaşır və investisiyalar var. Bərələrin də sayı kifayət qədər çoxdur. Düşünürəm ki, gələn ilin əvvəlində tranzit imkanları yaxşılaşacaq. Birinci və ikinci rüblərdə bərələrin sayında artım və həlledici nöqtələrdə yaxşılaşma gözlənilir. Avropa İttifaqı həqiqətən də Orta Dəhlizi əsas etmək istədiyini açıq şəkildə bildirdi”, - İqor Tambaka qeyd edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?