17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi yekunlaşıb

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Tvinninq layihəsinin yekununa dair konfrans keçirilib.

Layihə Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi, eləcə də İspaniya, İsveç və Almaniya Standartlaşdırma İnstitutlarının dəstəyi ilə reallaşdırılıb. Layihə üzrə əsas benefisiar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutudur (AzStand).

Konfransda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Keyfiyyət sahəsində görülən işlərdən danışan Xidmət rəisi layihənin standartlaşdırma sahəsinin inkişafında əhəmiyyətli olacağını vurğulayb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson və digərlərı çıxışlarında layihənin uğurlu icrasını qeyd ediblər.

Layihənin icrası ərzində 25-dən çox beynəlxalq ekspert tərəfindən keçirilən seminarda 200-ə yaxın yerli mütəxəssis iştirak edib. Layihənin əsas məqsədi Azərbaycanda standartlaşdırma sisteminin təkmilləşdirilməsi, Azərbaycan Standartlaşdırma İnstitutunun hüquqi, maliyyə mexanizmlərinin və rəqəmsal transformasiyasının gücləndirilməsidir.

Konfransda milli standartlaşdırma strategiyası, standartlaşdırma üzrə institusional yol xəritəsi, texniki tənzimləmə və bazara nəzarət mexanizimləri, texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər üzrə əldə edilmiş nəticələrin yekunu və gələcək fəaliyyət istiqamətləri barədə çıxışlar edilib və təqdimatlar keçirilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri