17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AİB “Şimal-Cənub” dəhlizinin inkişafı ilə bağlı hesabat dərc edib

Avrasiya İnkişaf Bankı (AİB) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) inkişafı ilə bağlı hesabatını dərc edib.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabata əsasən, yük sahibləri və ekspeditorlar Baltik və Azov-Qara dəniz hövzələrinin limanlarından keçən marşrutlara üstünlük verdikləri üçün bu nəqliyyat dəhlizinin potensialından əvvəllər tam istifadə olunmayıb.

Hazırda isə bu dəhliz Rusiyadan yan keçməklə Qafqaz vasitəsilə Avropanı Asiya ilə birləşdirən TRACECA-nın bir hissəsi kimi ona yan alan Hindistan, Pakistan, Fars körfəzi və Mərkəzi Asiya dövlətlərinə, eləcə də Türkiyə və Azərbaycan vasitəsilə Avropaya daşıma coğrafiyasını genişləndirəcək.

AİB-in ötənilki proqnozuna əsasən, 2030-cu ilədək “Şimal-Cənub” dəhlizinin daşıma potensialı baza ssenaridə 14,6 milyon ton, optimist ssenaridə isə 24,7 milyon ton təşkil edir. Bankın hesabatında deyilir ki, əlavə yüklərin həcmi qısa müddətdə 2-4 milyon ton, uzunmüddətli perspektivdə üç ilə qədər 5-7 milyon ton səviyyəsində qiymətləndirilə bilər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri