24 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici investisiyalı sahibkarlıq subyektinin müraciət imkanları asanlaşdırılacaq

Xarici investisiyalı sahibkarlıq subyektinin Azərbaycanda kommersiya qurumu təsis etmə proseduru üzrə müraciət imkanları asanlaşdırılacaq.

vergiler.az”ın xəbərinə görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə bildirib ki, bununla bağlı qeydiyyat prosedurları haqqında məlumatların əcnəbi dildə müvafiq elektron informasiya daşıyıcılarında əlçatanlığı təmin olunacaq.

“İzahları əldə edən sahibkarlıq subyekti artıq buna razılıq verdiyi təqdirdə öz apostil verilmiş və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının rəsmi mənbəyində yerləşdirilmiş reyestrdə olan sənədlər haqqında məlumatı bizə ötürəcək. Qeydiyyat üçün müraciət imkanını təmin etməklə, sahibkarlıq subyekti həmin sənədlərin Azərbaycan dilinə tərcüməsinin rəsmiləşdirilməsi üçün iradə ifadəsini elektron mühit üzərindən bizə bildirəcək. Nəticə etibarilə sənədlər Elektron Notariat İnformasiya Sisteminə daxil olacaq, notarius tərəfindən onların eyniləşdirilməsi aparılacaq”, - deyə Leyla Bərxudarzadə qeyd edib.

Ədliyyə Nazirliyinin rəsmisi əlavə edib ki, sənədlər qaydasında olduğu təqdirdə, vergi xidmətinin sahibkarlıq subyektinə əlçatanlığı təmin ediləcək. Bununla da eyniləşdirilməsi tam təmin edilən sənədlərin vergi xidməti tərəfindən qeydiyyat üçün qəbulunda risklərin qarşısı alınmış olacaq.

VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?