23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Biznesə daxilolma üzrə qiymətləndirməyə Avropa şirkətləri birbaşa cəlb oluna bilər

Biznesə daxilolma üzrə qiymətləndirməyə Avropa şirkətləri birbaşa cəlb oluna bilər

“Aİ Biznes Mühiti Azərbaycan” hesabatında əks olunan biznesə daxilolma komponenti üzrə daha detallı qiymətləndirmənin aparılmasına ölkədə fəaliyyət göstərən Avropa şirkətləri birbaşa cəlb oluna bilər.

“vergiler.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarəedici direktoru Zibər Hüseynova deyib.

Onun sözlərinə görə, Avrops İttifaqının bu layihəsi illik olaraq 2017-ci ildən fəaliyyət göstərir və hesabatda bütün Avropa şirkətlərinin bazar qiymətləndirmələri əks olunur.

“Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri qiymətləndirmənin aparılmasında maraqlıdırlar və çox açıq şəkildə fikirlərini bildirilər. Bu hesabatın bir komponenti məhz biznesə daxilolmadır ki, bu komponent çox yüksək qiymətləndirilir və hər zaman pozitiv trendlərdə əks olunur. Düşünürəm ki, biz növbəti illərdə daha detallı sualların hazırlanmasında ekspertlərlə birgə işləyə və qiymətləndirməni Avropa şirkətlərindən ala bilərik. Misal olaraq, suallar yalnız biznesin qeydiyyata alınmasını deyil, sənədlərin tanınması və yaxud çox vacib məsələ olan banklararası əlaqələri əhatə edə bilər. Biz sualların hazırlanmasında yardımçı ola bilərik və düşünürəm ki, bu, qiymətləndirmə mərhələsi üçün çox maraqlı olar”, - deyə Zibər Hüseynova qeyd edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?