14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərid İsayev: “Azərbaycanın rəqabət üstünlüklərinə böyük önəm verilməlidir"

“Azərbaycanın rəqabət üstünlüklərinə böyük önəm verilməli və bu üstünlüklərdən səmərəli şəkildə istifadə olunmalıdır”.

vergiler.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) İdarə Heyətinin sədri Fərid İsayev deyib.

Onun sözlərinə görə, bu üstünlüklərdən biri enerji resurslarının əlçatanlığı və kommersiya baxımından səmərəli olmasıdır.

“İstənilən iqtisadiyyatın inkişafı enerji resurslarından birbaşa asılıdır və onun qiymətləri bəzi ölkələrdə inkişafı sürətləndirə bilər. Qiymətlərin yüksək olması və yaxud qeyri-mütənasib olması şərtində iqtisadi fəallığı azalda, bəzi hallarda isə resessiyaya gətirib çıxara bilər. Bu baxımdan Azərbaycanın rəqabət üstünlüyü mövcuddur”, - deyə Fərid İsayev qeyd edib.

Palata rəsmisi hesab edir ki, ikinci məqam Azərbaycanın logistik və hab potensialından geniş istifadə olunmasıdır. “Ölkənin coğrafi mövqeyi çox əlverişlidir. Buradan nəqliyyat dəhlizləri keçir və bu layihələrin dünyada geniş tanınması üçün də böyük işlər görülür. Malların, xidmətlərin təqdim olunması və yaxud da ölkə üzərindən tranzit şəkildə daşınması Azərbaycana rəqabət üstünlüyü verə bilər”, - deyə Fərid İsayev əlavə edib.

Üçüncü məqam isə siyasi sabitlik və bunun biznesə transformasiyasıdır. Belə ki, iri korporasiyalar, xüsusilə də transmilli korporasiyalar sabit yurisdiksiyalar axtarışındadır. “Artıq biz Palatada da görürük ki, bir sıra transmilli şirkətlər öz idarəetmə mərkəzlərini, bəzən isə öz əsas əməliyyat mərkəzlərini Azərbaycana köçürmək üzərində ciddi şəkildə düşünürlər, Azərbaycanın imkanlarını, həm investisiyaların təşviqi proqramı, həm də Ələt Azad İqtisadi Zonasının imkanlarını dəyərləndirirlər. Bu sabitlik məhz transmilli şirkətlərin qərar qəbuletmə prosesində önəmli faktorlardan biridir”, - deyə Fərid İsayev vurğulayıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?