15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Fiç Reytingz” Azərbaycanın beynəlxalq kredit reytinqini yüksəldib

Oktyabrın 21-də “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BB+” səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit”dən “pozitiv”ə yüksəldib.

Maliyyə Nazirliyinin məlumatına görə, Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın güclü fiskal mövqeyi, aşağı suveren borcu, yüksək neft və qaz qiymətləri nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivləri ölkənin reytinq üzrə proqnozunun artırılmasını şərtləndirib.

Reytinq üzrə proqnozu “sabit”dən “pozitiv”ə yüksəldən agentlik Azərbaycan Respublikasının xalis suveren aktivlərinin 2022-2024-cü illərdə 14,3 faiz artaraq ÜDM-in 77,6%-nə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.

Agentliyin press-relizində qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə ÜDM-in 2%-i həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq 2023-cü ildə icmal büdcənin profisitinin son hesabatdan bəri 1,5 faiz artırılaraq ÜDM-in 6,7%-nə bərabər olacağı gözlənilir.

Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və yüksək infilyasiya şəraitində “Fiç Reytingz” tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində bir daha təsdiq olunaraq proqnozun “sabit”dən “pozitiv”ə yüksəldilməsi ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?