19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti istehlakçılara su filtrlərini alarkən diqqətli olmağı tövsiyə edir

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (AİBNDX) su filtrlərinin səyyar satışını həyata keçirən şirkətlərlə bağlı daxil olan istehlakçı müraciətlərinin sayı artıb. Kütləvi informasiya vasitələrində də su filtrlərinin satışı ilə məşğul olan subyektlərlə bağlı müxləlif fikirlər səsləndirilir. Su filtrləri ilə bağlı müraciətlər əsasən Bakıətrafı qəsəbələr və regionlardan daxil olur, bu zaman təhrif edilmiş informasiyalarla istehlakçıların aldadılması hallarına rast gəlinir.

Dövlət Xidməti istehlakçılara səyyar qaydada satılan su filtrlərini alarkən diqqətli olmağı tövsiyə edir.

İstehlakçılar məhsulu istənilən satış nöqtəsindən, ticarət obyektindən və ya səyyar qaydada əldə edə bilərlər. Səyyar qaydada adətən, istehlakçılara konkret məhsul təklif edilir ki, belə olan halda, istehlakçının müqayisəli şəkildə uyğun qiymətə və uyğun keyfiyyətdə məhsulu əldə etmək imkanı məhdudlaşır.

AİBNDX istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir.

Məlumat üçün bildirək ki, 2021-ci ildə su filtrlərinin satışını həyata keçirən şirkətlərlə bağlı Dövlət Xidmətinə 1 istehlakçı müraciəti daxil olduğu halda, bu ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə 35 müraciət qeydə alınıb və həlli üçün müvafiq tədbirlər görülüb.

İstehlakçılar bu sahədə neqativ hallarla üzləşdikləri zaman Dövlət Xidmətinə qaynar xətt (195-1) vasitəsilə və ya elektron qaydada (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) müraciət edə bilərlər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?