19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar beynəlxalq sərgidə təmsil olunur

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 14-сü “Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgiləri öz işinə başlayıb.

“Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisində İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) də öz stendləri ilə təmsil olunurlar.

KOBİA-nın stendində tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri kimi sahələrində fəaliyyət göstərən KOB subyeklərinin məhsul və xidmətləri nümayiş olunur. Burada iş adamlarının ikitərəfli görüşləri üçün də şərait yaradılıb.

İZİA-nın stendində sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında görülmüş işlər barədə məlumatlar verilir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) təmsil olunduğu stenddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzərində qurulan həllər, həmçinin 4SİM-in tərəfdaşı olan Türkiyənin “KoçDigital” şirkəti ilə birlikdə rəqəmsal mədənçilik, “ağıllı” kənd təssərüfatı, səhiyyə sahəsində tətbiqlər təqdim olunur.

Sərgi çərçivəsində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib. Aidiyyəti dövlət qurumlarının və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə fikir mübadiləsi aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?