8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas vəsaitlərə görə ödənilən ƏDV əvəzləşdirilirmi?

Yanacaqdoldurma məntəqəsi yanacaq daşımaq üçün dəyəri 50000 manat olan yanacaq daşıyan maşın alıb. Həmin maşına  görə 9000 manat ƏDV ödənilib. Ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi? Maşın əsas vəsait kimi uçota alınarkən ödənilmiş ƏDV onun ilkin uçot dəyərinə əlavə edilməlidirmi?

Suallara cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Əvəzləşdirilmiş ƏDV məbləği isə aktivin dəyərinə əlavə edilmir.

Bu hallarda Vergi Məcəlləsinin 143-cü və 175-ci maddələrinə istinad edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?