18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya ilə elektrik şəbəkələrinin inkişafı üzrə əməkdaşlıq genişləndiriləcək

Rusiya Enerji Həftəsi çərçivəsində Rusiyanın “Rosseti” və “Azərenerji” ASC arasında Rusiya və Azərbaycanın elektrik şəbəkəsi infrastrukturunun istismarı və inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş uzunmüddətli əməkdaşlıq niyyəti haqqında saziş imzalanıb.

Vergiler.az” xəbər verir ki, bu barədə Rusiya enerji şirkətinin rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Sənədi “Rosseti”nin investisiyalar, əsaslı tikinti və xidmətlərin satışı üzrə baş direktorunun müavini Aleksey Molski və “Azərenerji”nin vitse-prezidenti Vüqar Şahmuradov imzalayıblar.

Saziş üç il müddətinə bağlanıb. Şirkətlər dövlətlərarası elektrik xətlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması sahəsində əməkdaşlıq etmək, inteqrasiya layihələrinin, o cümlədən Şimal-Cənub enerji dəhlizinin həyata keçirilməsi və Cənubi Qafqaz enerji halqasının bağlanması imkanları üzrə birgə araşdırmalar aparmaq niyyətindədirlər.

Bununla yanaşı, şirkətlər elektrik şəbəkəsi obyektlərinin istismarı, texniki xidməti və təmiri sahəsində təcrübə mübadiləsi aparmağı, hər iki ölkənin sərhədyanı ərazilərində elektrik şəbəkələrində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərməyi planlaşdırır. İnsan resurslarının inkişafı sahəsində birgə işlərin aparılması da gözlənilir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri