18 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yevlax Pilot Aqropark ilk dəfə məhsul ixrac edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə olaraq Qırğızıstana ting məhsulları ixrac edəcək. Belə ki, bu ilin oktyabrında ixraca dair imzalanan müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.

Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinglərinin ixracı nəzərdə tutulur.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında ilkin mərhələdə 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri