19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu: 1000 km-ə qədər qısa marşrut

Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi hesabına Avropa-Asiya daşımaları üzrə marşrutu təxminən 1000 km-ə qədər qısalda biləcəyik.

Bunu “vergiler.az”a TRACECA-nın Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, bu marşrut həm Qırğızıstana, həm də Türkmənistan-Azərbaycan vasitəsilə digər Orta Asiya ölkələri, eləcə də Avropaya yükdaşımaların təşkilinə böyük töhfə verəcək. Yeni dəmir yolu eyni zamanda Orta Asiya üzərindən keçməklə Çinin qərb əyalətlərindən Azərbaycan və Türkiyəyə yükdaşımaları həyata keçirməyə imkan verəcək.

R.Bayramov əlavə edib ki, hazırda qeyd edilən xətt üzrə daşımalar kombinə edilmiş şəkildə həyata keçirilir. Özbəkistanın Əndican vilayətinə qədər daşımalar avtomobil, bundan sonra Özbəkistanda dəmir yolu, daha sonra Türkmənistan və Azərbaycan üzərindən dəmir yolu vasitəsilə reallaşdırılır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu açıldıqdan sonra bütün dəhliz üzrə dəmir yolu daşımaları həyata keçiriləcək: “Bu marşrut üçün Çinlə Qırğızıstan arasında təxminən 150 km-lik dəmir yolu tikilməlidir. Ümumilikdə isə Çini, Qırğızıstanı və Özbəkistanı birləşdirəcək yol xəttinin uzunluğu 350 km-ə yaxın olacaq”.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?