3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moldovanın Baş naziri Azərbaycanın işgüzar dairələri ilə görüşüb

Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitsa Azərbaycana səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

Xanım Nataliya Qavrilitsa ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, aparılan müzakirələrin əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu qeyd edib, biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb. Baş nazir Moldovada investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb, biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə vurğulanıb ki, ticarət-investisiya əlaqələri Azərbaycan-Moldova əməkdaşlığının əsas istiqamətlərindəndir. Bu ilin yanvar-avqust ayları ərzində ticarət dövriyyəsi 4 dəfə, o cümlədən ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə artıb. Azərbaycanda müxtəlif sahələrdə 30-dək Moldova şirkəti fəaliyyət göstərir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkələrimizin tərəfdaşlıq əlaqələrini qeyd edib, keçirilən tədbirin iqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İqtisadiyyat nazirinin müavini Azərbaycanda əlverişli biznes və investisiya mühiti, sahibkarlara dəstək mexanizmləri, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.

Görüşdə Moldovanın investisiya mühitinə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi istiqamətləri barədə təkliflər səsləndirilib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ