2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrobiznesin investisiya imkanlarına dair xüsusi portal yaradılır

Sahibkarları aqrobiznes sahələri üzrə investisiya imkanları barədə məlumatlandırmaq məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən azagroinvest.az portalı yaradılır.

Mərkəzdən “vergiler.az”a verilən məlumata görə, portalda aqrobiznes sahələri üzrə hazırlanan ilkin texniki-iqtisadi əsaslandırmalar yer alacaq.

Portal 3 bölmədən – İnvestisiya təhlili, Sahə hesabatları və İnvestisiya mühiti bölmələrindən ibarətdir.

İnvestisiya təhlili bölməsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün investisiya xərcləri və əməliyyat xərcləri daxil edilməklə 6 meyar – xalis cari dəyər, daxili rentabellik norması, diskontlaşmış geri ödəmə müddəti, gəlir-xərc nisbəti, həssaslıq təhlilləri və məhsulun maya dəyəri üzrə iqtisadi səmərəlilik göstəriciləri hesablanır. Yekun hesabat PPT formatında portala yerləşdiriləcək.

Portalda məhsullar üzrə investisiya səmərəliliyinin nəticələrinin əks olunduğu vizuallaşdırılmış hesablama paneli mövcuddur ki, bu, sahibkara investisiya qoymaq istədiyi sahə üzrə bütün mənzərəni əyani şəkildə görmək imkanı verəcək.

Sahə hesabatları bölməsində sahibkarlara ayrı-ayrı bitkiçilik və heyvandarlıq məhsulları üzrə istehsalla bağlı arayışlar təqdim olunacaq.

İnvestisiya mühiti bölməsində isə kənd təsərrüfatı məhsullarının, xidmətlərinin, istehsal vasitələrinin istehsal, satış, idxal və ixrac üzrə ƏDV-dən azad olunması, müvafiq gömrük idxal rüsumu güzəştləri, dövlət dəstəyi istiqamətində müvafiq tənzimləmələr və investisiya təşviqi üzrə müddətli güzəştlər ilə bağlı məlumatlar əksini tapıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ