19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Elmləri üzrə Alfred Nobel Xatirə Mükafatı laureatları - 2022

Bu gün İsveç Bankının İqtisadiyyat Elmləri üzrə Alfred Nobel Xatirə Mükafatı laureatlarının adları məlum olub. Amerikalılar Ben Bernanke, Duqlas Daymond və Filip Dibviq "Banklar və maliyyə böhranları ilə bağlı araşdırmalarına görə" qalib elan ediliblər.

Qeyd edək ki, 2022-ci ildə mükafatın pul hissəsi 10 milyon İsveç kronu (təxminən 900 min dollar) təşkil edir. Əgər bir neçə laureat varsa, o zaman pul Elmlər Akademiyasının göstərdiyi nisbətdə onların arasında bölünür. Bu il də mükafat bərabər bölünəcək.

Bu mükafatın rəsmi adı İsveç Bankının İqtisadiyyat Elmləri üzrə Alfred Nobel
Memorial Mükafatıdır. Nobel mükafatından fərqli olaraq, o, Nobelin
vəsiyyətnaməsində qeyd edilməyib, 1968-ci ildə İsveç Bankı tərəfindən təsis edilib.

Amma adətən mükafatların ümumi seriyasına daxil edilir. Mükafatın pul hissəsi bank tərəfindən ödənilir, Nobel mirasından alınmır.

“Builki laureatlar xüsusilə maliyyə böhranları zamanı bankların iqtisadiyyatdakı rolu haqqında anlayışımızı xeyli yaxşılaşdırdılar. Onların araşdırması göstərdi ki, bank uğursuzluqlarının qarşısını almaq nə üçün vacibdir”, - Nobel Komitəsinin mətbuat xidməti bildirib.

Ben Bernanke amerikalı iqtisadçıdır və 2006-2014-cü illərdə ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) sədri vəzifəsində çalışıb. O, FSR rəhbəri vəzifəsini tərk etdikdən sonra iqtisadiyyat sahəsində tədqiqatlarla məşğul olur.

Duqlas Daymond və Filip Dibviq amerikalı alimlərdir. Onlar Daymond-Dibviq modelinin həmmüəllifi olublar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?