19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 32%-dən çox artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4.227.449 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,4% çoxdur.

"Vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,1% artaraq 1.024.384 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 39,8% artaraq 3.034.744,4 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk doqquz ayında daxilolmalar 0,5% artaraq 121.204,4 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 47.115,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 48,6% çoxdur.

Bu ilin sentyabr ayında Komitənin xətti ilə dövlət büdcəsinə 460.388,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 20,1% çox, bu ilin avqust ayı ilə müqayisədə isə 38,3% azdır.

Bu ilin sentyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 10,2% artaraq 118 613,3 min manat olub. Bu ilin avqust ayı ilə müqayisədə isə bu göstərici həmçinin 24,6% azalıb.

Bununla yanaşı, cari ilin sentyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 24,8% artaraq 321 869,7 min manat (bu ilin avqust ayı ilə müqayisədə 42,6% az), aksizlər üzrə 5,1% artaraq 14 878,6 min manat (avqust ilə müqayisədə 29% az), yol vergisi üzrə daxilolmalar isə 39,5% artaraq 5 026,6 min manat (avqust ilə müqayisədə 30,2% az) təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?