9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maksim Reşetnikov: "Azərbaycan Rusiyanın ənənəvi tərəfdaşıdır"

2022-ci ilin əvvəlinə Rusiyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 6,3 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5 milyard dolları neft sektoruna aiddir.

Vergiler.az” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda karbohidrogen istehsalı və nəqli, kimya sənayesi, energetika, neft-kimya, əczaçılıq, maşınqayırma və yükdaşıma sahələrində Rusiya kapitallı 1000-dən çox şirkət fəaliyyət göstərir.

“Azərbaycanda sənaye, gəmiqayırma, neft kimyası inkişaf edir. Bunun müqabilində təklif edə biləcəklərimiz var, mən hələ kənd təsərrüfatı məhsullarını demirəm. Lakin bizim birgə maraqlarımızın və potensialımızın əsas sahəsi tranzitdir”, - M.Reşetnikov əlavə edib.

O, Azərbaycanın Rusiya Federasiyasının ənənəvi tərəfdaşı olduğunu vurğulayaraq, hazırda ölkədə yeni logistik imkanların açıldığını bildirib. Əlavə edib ki, 2030-cu ilədək baza ssenarisinə əsasən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük dövriyyəsi 24,3 mln. ton təşkil edə bilər. Hədəf ssenariyə əsasən, bu rəqəm 31,7 mln. ton, 2025-ci ilə qədər isə 25-30% artmalıdır: “Söhbət “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən gedir, lakin bizim orada üç marşrutumuz var. Qərb marşrutu - Dağıstandan Azərbaycana gedən dəmir yolu, daha sonra isə Trans-İran yolu ilə Bəndər Abbasa, cənub limanlarına çıxışı olan potensial böyük Rəşt-Astara layihəsi. Xəzər dənizinin qərb sahili ilə dəmir yolu əlaqəsinin başlanması ilə burada illik yükdaşımaların həcmi 15 mln. tona çatacaq”.

M.Reşetnikov digər məsələlərə də toxunub. Onun sözlərinə görə, Azərbaycanla sərhəddə yerləşən “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsinin yenidən qurulması işlərinin bu il başa çatdırılması planlaşdırılır. Son iki ildə Nəqliyyat Nazirliyi bu sahədə işi xeyli gücləndirib və bu, aparılan dəyişikliklərdən də aydın görünür.

“Bütün sərhəd-keçid məntəqələri yenidən qurulur, Azərbaycanla sərhəddəki “Yaraq-Kazmalyar” bu il tamamlanır”.

M. Reşetnikov əlavə edib ki, 2022-ci ildə iri yük axınlarında kəskin dəyişiklik baş verdiyindən infrastruktur buna hazır deyildi və ona görə də bu istiqamətdə bütün zəruri addımlar atılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?