13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Növbəti “Uğur yolu” müsabiqəsinin qalibləri elan olunub

Növbəti “Uğur yolu” müsabiqəsinin qalibləri elan olunub

İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsinin nəticələri açıqlanıb. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri 2022-ci il üzrə keçirilən "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.

İştirakçılar seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçib, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə qiymətləndirilib və təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, artıq ikinci dəfədir ki. İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsi keçirilir. Əvvəlki müsabiqənin qalibləri kimi, bu müsabiqədə uğur qazananlar da müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb olunacaq və Nazirliyin rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?