15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəmizin strateji valyuta ehtiyatları 1,9 milyard dolları ötüb

Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında uçot faiz dərəcəsinin 9 faizdən 8,75 faizə endirilməsi haqqında qərar qəbul edilibb. Faiz dəhlizinin yuxarı həddi 10,75, aşağı həddi isə 6,75 faiz müəyyən edilib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov kürləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, bu qərarın qəbul edilməsi üçün həm ölkədə gedən makroiqtisadi proseslər, həm də əlverişli xarici mühit nəzərə alınıb: "2019-cu ilin mart ayında illik inflyasiya 2,5 faiz təşkil edib. Bu da Mərkəzi Bankın hədəfləri çərçivəsindədir. Xatırladım ki, Mərkəzi Bankın illik inflyasiya hədəfi 4 faizdir. Ərzaq qiymətlərinin 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərinin isə 1,3 faiz dinamikası ümumi inflyasiya səviyyəsindən aşağıdır. Aşağı faktiki inflyasiya fonunda inflyasiya gözləntiləri stabil olaraq qalır. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri qeyri-neft emal sənayesində və tikintidə azalıb. Ev təsərrüfatları arasında mart ayında aparılan sorğuların nəticəsinə görə, inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payı cəmi 3 faizdən bir qədər yuxarıdır".

Qlobal iqtisadi artımın ləngiməsinin enerji daşıyıcılarının qiymətlərinə mümkün
təsirləri, dünya ərzaq bazarlarında bahalaşma meyillərinin davam etməsi,
ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya və məzənnə dəyişiklikləri ilə
bağlı qeyri-müəyyənliklər risk amili kimi hələ də qalmaqdadır

Son proqnozlara görə, Mərkəzi Bank ilin sonunadək inflyasiya hədəflərini dəyişməyib. E.Rüstəmovun bildirib ki, beynəlxalq təşkilatların da Azərbaycanla bağlı gözləntiləri bu hədəfin altındadır: "Birinci rübdə xarici sektorda müsbət dinamika daha çox olub. Malların ixracının 34 faiz, o cümlədən qeyri-neft ixracının 17 faiz artması nəticəsində ticarət balansında 1,3 milyard dollar müsbət saldo yaranıb. Qeyri-neft idxalında isə 50 faizə yaxın artım müşahidə edilib. Bunun böyük hissəsi Dövlət Neft Fondunun aktivlərinin strukturunda dəyişiklik edilməsi ilə bağlıdır. Bunu nəzərə alsaq, idxalda artım cəmi 9,7 faiz olub".

E.Rüstəmov bildirib ki, 2019-cu ilin ilk rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 1,9 milyard ABŞ dolları artaraq 46,7 milyard dollara çatıb. Bu dövrdə Mərkəzi Bankın valyuta ehtiyatları isə 153 milyon dollar artıb: "Martda ət və süd məhsulları bahalaşıb, taxil, bitki yağı və şəkər isə ucuzlaşıb. İlin sonuna tədiyyə balansının cari hesabında əhəmiyyətli profisitin olması proqnozlaşdırılır. Mərkəzi Bankın hesablamalarına görə, bu, təxminən 12-13 faiz ola bilər. Beynəlxalq Valyuta Fondunun proqnozları da buna yaxındır".

Mərkəzi Bankın rəhbəri milli valyutanın sabitliyinə də toxunub: "Manatın məzənnəsi dayanıqlıdır və onun sabitliyinə hər hansı təhdid yoxdur. İl ərzində 36 valyuta hərracı keçirilib. Həmin hərraclarda tələb və təklif təxminən bərabər olub. Dövlət Neft Fondu 2019-cu ilin əvvəlindən bu günədək hərraca 1,9 milyard dollar çıxarıb. Bu da ilin sonunadək proqnozlara nikbin baxmağa imkan verir".

E.Rüstəmov inflyasiya riskləri barədə bildirib ki, xarici və daxili risk amilləri qalmaqda davam edir. Xarici amillərə qlobal iqtisadi artımın ləngiməsinin enerji daşıyıcılarının qiymətlərinə mümkün təsirləri, dünya ərzaq bazarlarında bahalaşma meyillərinin davam etməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya və məzənnə dəyişiklikləri ilə bağlı qeyri-müəyyənliklərin hələ də qalması aiddir. Daxili amillərə isə fiskal, o cümlədən monetar stimulların istehlak bazarına və monetar şəraitə təsirləri ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə gözlənilən təklif şokları və kredit aktivliyinin yüksəlməsi gözləntiləri aiddir. Qeyd edilib ki, 2019-cu ildə ortamüddətli dövrdə fiskal siyasətin sabitliyi, dövlətin fiskal xərclərinin dayanıqlığının təmin olunması inflyasiyanın aşağı olmasının və məzənnənin sabitliyinin başlıca amili kimi qalır.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?